Reklam verin!
Azərbaycan dilində ən çox ziyaratçısı olan sayta sizin dəstəyiniz lazimdir!
 Hacı Arif Buzovnalı :

Navigation


RSS: Yazılar


Apardı

20:24, Nəzm, Haci Arif, Şərhlər(4)

Fələk yelə verdi insan karvanın,

Hərəsin bir yana çəkib apardı.

Bir ömür rəngbərəng bəzədi onu,

Sonda ağ əskiyə büküb apardı.

 ***** 

Hər insan yaşadı ölüm anını,

Qəflətən Əzrail kəsdi yanını,

Kiminin yuxuda aldı canını,

Kiminin qanını töküb apardı.

 ***** 

Dünya Tanrılığa cəhd eləyənin,

Halal deyə-deyə haram yeyənin,

Sinəsinə döyüb “mən-mən” deyənin,

Cəmdəyin torpaga əkib apardı.

 ***** 

Allah hikmətinə kor baxanların,

Xalqın sətvətinə xor baxanların,

Haqqa gözlərində tor baxanların,

Fələk torbasını tikib apardı.

 ***** 

Arif, sən də öldün, başladı adət,

Bir az qurdalanıb getdi cəmaət,

Bircə çadır qaldı yasdan əlamət,

Onu da sahibi söküb apardı.


Baxış sayı: 24
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 29    Sonrakı səhifə »